Ukrayna Silahlı Qüvvələrinin “StratCom” agentliyi rusların ukraynalı müdafiəçiləri gözdən salmaq məqsədi daşıyan növbəti psixoloji-informasiya əməliyyatını ifşa ediblər.
SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Beləliklə, “StratCom”un “Telegram”da verdiyi məlumata görə, martın 16-da ruslar Ukrayna Silahlı Qüvvələri olan “Quran”ı yandırdıqları iddia edilən iki təxribat xarakterli videonu eyni şəbəkəyə yerləşdiriblər.
Ukrayna tərəfinin iddiasına görə, rusların bu cür “teatr” yaratmalarında əsas məqsəd ukraynalı müdafiəçiləri dini zəmində gözdən salmaq və əhalisinin böyük əksəriyyətinin İslamı qəbul etdiyi ölkələr arasında müvafiq mənfi reaksiyaya səbəb olmaqdır.
“Biz rəsmi olaraq bir daha vurğulayırıq ki, Ukrayna Silahlı Qüvvələrində bu cür faktların olması şərti olaraq mümkün deyil, çünki müxtəlif millətlərə və dinlərə mənsub insanlar Ukraynanı müdafiə edir. Onlar bizim qoşunlarımızda rus işğalçılara qarşı vuruşurlar. Onların hamısı xalqımız üçün Qəhrəmandır və onların hüquqları, mövqeləri və inancları mütləq şəkildə qorunur”.
Qeyd edək ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “StratCom” agentliyi yayımlayıb.
Maraqlıdır ki, agentlik belə bir təxribatın təbliğ edilməsində əsas rolu “kadırovçular”ın oynadığını da istisna etmir.
...Bunu rusların təsadüfən kadrda “yandırdığı” eniş bıçağı sübut edir. Ukrayna Silahlı Qüvvələrinin “StratCom” agentliyi, bu tipli silahların məhz “Axmat” xüsusi təyinatlıları üçün alındığını bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB