TOGG avtomobilini satın almaq üçün müraciətlər başladı

TOGG avtomobilini satın almaq üçün müraciətlər başladı

Avtomobili satın almaq üçün ilk müraciət və püşkatma prosesi bu gün başlayır.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 953 min lirə satış qiyməti ilə bazara daxil olmağa hazırlaşan "TOGG" ön sifariş hüququ qazananlar püşkatma yolu ilə müəyyənləşəcək. Lotereya üçün müraciətlər "TOGG"-un internet saytında və Trumore proqramında edilə bilər.

Martın 27-dək 60 min lirə ödənişlə müraciət qəbul ediləcək. Martın 28-də ilkin sifariş sahiblərinin müəyyən edilməsi üçün notariusun iştirakı ilə tiraj keçiriləcək. Eyni lotereyada avtomobillərin çatdırılması prioriteti də aydın olacaq. Avtomobillər matın sonundan etibarən sahiblərinə təhvil veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə