“Vaqner” PMC özəl hərbi şirkətində NATO tipli silahlar üzərində işləməyi bilən əfqan döyüşçüləri var.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu hərbi şirkətin yaradıcısı Yevgeni Priqojin “Semafor”un Amerika nəşrinin sualına cavab verərkən deyib.
Beləliklə, rusiyalı iş adamının sözlərinə görə, Donbassda döyüşən vaqneritlər arasında Amerikanın “M777” haubitsalarından və ABŞ istehsalı olan “Javelin” tank əleyhinə sistemlərindən istifadə etməyi bilən əfqan xalqının nümayəndələri də var.
Priqojin bu döyüşçülər arasında hətta ayrıca artilleriya bölməsinin yaradıldığını da bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Vaqner” PMC-nin hücum dəstələrinin Donetsk Xalq Respublikasının Artemovsk (Baxmut) yaxınlığındakı Zaliznyanskoe kəndini nəzarətə götürdükləri bildirilib.
Maraqlıdır ki, bunu bəyan edən “Vaqner PMC”-nin yaradıcısı hətta bir az lovğalanaraq da, onun döyüşçülərinin döyüş sursatı çatışmazlığı şəraitində belə uğur əldə etdiklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB