Ukrayna üçün “MiQ-29” qırıcıları gətirilir...

Ukrayna üçün “MiQ-29” qırıcıları gətirilir...

Polşa yaxın günlərdə Ukraynaya dörd “MiQ-29” qırıcısını verəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Polşa lideri Anjey Duda çexiyalı həmkarı Petr Pavellə görüşdən sonra deyib.

Dudanın sözlərinə görə, Varşavanın sonradan Kiyevə daha çox təyyarə tədarük edəcəyini də istisna etməyib. Təyyarənin qalan hissəsinin hazırda istismarda olduğunu bildirən Polşa lideri, istismardan sonra Kiyevə veriləcəyini deyib.

Qeyd edək ki, Duda, hazırda Polşanın anbarında ondan artıq “MiQ-29” olduğunu da gizlətməyib.

Yeri gəlmişkən, burada söhbət bir vaxtlar Almaniya Demokratık Respublikası ordusundan Polşaya gətirilən döyüş təyyarələrindən gedir.

Bunu isə rus saytları yazır.

Xatırladaq ki, Polşa hökumətinin mətbuat katibi Piotr Müller Ukraynanın eyni vaxtda bir neçə ölkədən “MiQ-29” qırıcılarını qəbul edəcəyini də bildirib.

Və polşalı baş nazir Mateusz Morawiecki, Polşanın yaxın 4-6 həftə ərzində Kiyevi öz “MiQ-29” qırıcıları ilə təmin edə biləcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə