“156 nümayəndəlikdə vətəndaşlar səs verə biləcəklər” - AHMET YENER

“156 nümayəndəlikdə vətəndaşlar səs verə biləcəklər” - AHMET YENER

Türkiyənin xarici ölkələrdə yaşayan vətəndaşlarının seçkidə iştirakı ilə bağlı yeni məlumatlar açıqlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener danışıb.

"75 ölkədə fəaliyyət göstərən 156 nümayəndəlikdə vətəndaşlar səs verə biləcəklər. Budəfəki seçkilərdə daha 15 ölkədə seçki qutularının quraşdırılmasına qərar verilib", - deyə Yener bildirib.

Qeyd edək ki, bundan əvvəl 60 ölkədə səsvermə keçirmək mümkün olub. Diplomatik nümayəndəliklərlə yanaşı, Türkiyənin sərhəd-keçid məntəqələrində də seçicilərin səs vermək imkanı mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə