KXDR uzaqmənzilli ballistik raket atıb

KXDR uzaqmənzilli ballistik raket atıb

KXDR Pxenyanın Sunan rayonundan bir uzaqmənzilli ballistik raket atıb.
SİA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Daha əvvəl Seulda Yapon dənizinə doğru atılan naməlum tipli bir ballistik raket haqqında məlumat verilmişdi.

Bu gün Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın Tokioda görüşü planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə