Filippində 5,4 bal gücündə zəlzələ olub

Filippində 5,4 bal gücündə zəlzələ olub

Filippində Mindanao adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 270 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə