ABŞ-ın müdafiə nazirindən rus hərbi pilotlarına çağırış

ABŞ-ın müdafiə nazirindən rus hərbi pilotlarına çağırış

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışıqları şərh edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Pentaqonun rəhbəri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlardan sonra mətbuat konfransı keçirərək “böyük dövlətlərin aydınlıq və açıq ünsiyyətə sadiqlik nümunəsi göstərmələrini” bildirib.

Qeyd edək ki, Lloyd Ostinin Şoyqu ilə 2022-ci ilin oktyabr ayının sonundan bəri ilk dəfə telefon danışığının əsas mövzusu Qara dəniz üzərində Amerika pilotsuz təyyarəsinin vurulması ilə bağlı yaranmış insident olub.

Onu da qeyd edək ki, Pentaqonun rəhbəri Amerika hərbi aviasiyasının beynəlxalq hüququn icazə verdiyi bütün yerlərdə fəaliyyətini davam etdirəcəyini bildirərək, rus hərbi pilotlarını təhlükəsiz və peşəkarcasına hərəkət etməyə çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışıqları barədə məlumat yaymışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə