...Ruslar Baxmutu mühasirəyə almağa və irəliləməyə uğursuz cəhd etməkdə davam edirlər, lakin Ukrayna qoşunları düşmənin qəzəbli təzyiqinin qabağını mərdliklə alırlar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Şərq Cəbhəsindəki vəziyyətlə bağlı Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
General xatırladıb ki, bu gün 93-cü “Soyuq Yar” motoatıcı briqadasının əsgəri Baxmut üzərində “Alan” çağırış nişanı ilə ruslara məxsus “Su-25” təyyarəsini məhv edib.
“Düşmən şəhəri mühasirəyə almağa və irəliləməyə uğursuz cəhdlərini davam etdirir. Orada 93-cü briqadanın əsgərləri digər müdafiəçilər ilə birlikdə düşmənin çılğın təzyiqini dəf edirlər. Onların əməyi sayəsində düşmənin tankları, piyadaların döyüş maşınları, MLRS və sursat anbarları havaya qalxır”, - Sırski belə deyib.
O, rusların Kupyanski və Limanski istiqamətlərinə də təzyiq göstərdiklərini bildirib.
Sırskinin dediyinə görə, Ukrayna ordusunun bu cür qətiyyətli hərəkətləri rusları əhəmiyyətli dərəcədə yorur, onları ümidsizləşdirərək ruhdan salır və Ukraynanın qələbəsini sürətləndirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB