ABŞ Qara dənizdə kəşfiyyat aparır və Rusiya amerikalıların orada hansı məqsədlər güddüyünü çox gözəl bilir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Beləliklə, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri dünən Qara dənizdə Amerika kəşfiyyat və zərbə pilotsuz uçuş aparatının dənizə düşməsi ilə bağlı insidenti şərh edib.
Narışkin jurnalist Zarubinin ABŞ ordusunun pilotsuz uçuş aparatının Rusiya sərhədləri yaxınlığında uçurmaqla hansı məqsədlər güddüyü barədə sualını cavablandırarkən deyib:
“Biz amerikalıların kəşfiyyat fəaliyyəti, texniki vasitələrdən istifadə ilə bağlı hansı məqsədləri olduğunu təfərrüatı ilə bilirik və başa düşürük. Biz onları daha çox maraqlandıran obyektləri və əraziləri müəyyən etməyə çalışırıq”.
Qeyd edək ki, Narışkin ABŞ-ın Qara dənizdə Krım sahilləri və Krasnodar diyarı boyunca “həm kosmik, həm də vizual kəşfiyyatın, radiokəşfiyyatın bütün vasitələrindən” istifadə etməklə kifayət qədər fəal şəkildə kəşfiyyat apardıqlarını da dilə gətirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB