Rusiya Qara dənizə düşən “MQ-9”-un qalıqlarını almağa çalışacaq

Rusiya Qara dənizə düşən  “MQ-9”-un qalıqlarını almağa çalışacaq

Rusiya Qara dənizə düşən Amerika pilotsuz təyyarəsinin qalıqlarını almağa çalışacaq.

SİA TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla bu gün, martın 15-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.

Nikolay Patruşev bildirib ki, rusiyalı mütəxəssislər Qara dənizə düşən Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsinin qalıqlarını almağa çalışacaqlar.

“Bunu necə əldə edə biləcəyik, ya yox, bilmirəm, amma bunu etmək lazım olduğunu bilirəm. Və biz bunu mütləq edəcəyik”. Bunu Patruşev bildirib.

Buna baxmayaraq, o, Qara dənizə düşən Amerika pilotsuz təyyarəsi ilə insidentin ABŞ-ın Ukrayna münaqişəsində birbaşa iştirakını bir daha sübut etdiyini təsdiq edərək, bu təşəbbüsün uğuruna ümid etdiyini də deyib.

Qeyd edək ki, ötən gün ABŞ komandanlığı Rusiyanın “Su-27”-nin Amerikanın “MQ-9” pilotsuz təyyarəsinə “yüngül” toxunmasından sonra aparat Qara dənizə düşməsi barədə məlumat verilmişdi.

Qeyd edək ki, sonradan Rusiya Müdafiə Nazirliyi bu xəbəri təkzib edərək, rus qırıcılarının Amerika pilotsuz təyyarəsi ilə təmasda olmadığını və heç bir silahdan istifadə etmədiyini bildirmişdi.

Amma daha sonra ruslar ABŞ ordusuna məxsus kəşfiyyat və zərbə vuran pilotsuz uçan aparatla bağlı insidenti şərh edərək, “MQ-9”-un kəskin manevr edərək idarəetmə və hündürlüyü itirərək dənizə düşdüyünü bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə