Belqorodun iki kəndi Ukrayna Silahlı Qüvvələrinin artilleriya hücumuna məruz qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 15-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da yayıb.
Qubernatorun yazdığına görə, Ukrayna silahlı birləşmələri son 24 saat ərzində Belqorod vilayətindəki yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Bu dəfə Şebekinski şəhər rayonunun Krasnoe kəndi və Novaya Tavoljanka kəndi vurulub.
Bir anda Şebekinski şəhər dairəsinin bir neçə yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu deyən Belqorod qubernatoru tələfatın olmadığını da bildirib. Amma Krasnoedə atəş nəticəsində yaşayış binası, məktəb və ibadət evi ziyan görüb. Pəncərələr sındırılıb, evlərin fasad və damları dağılıb.
Novaya Tavoljankada isə Ukrayna mərmiləri kənd təsərrüfatı müəssisəsinin ərazisinə düşüb, binalardan birinə ciddi ziyan dəyib.
Atışma yerində əməliyyat xidmətləri işləyir, ərazilərə qapı-qapı da baxış keçirilir.
Rus saytlarının yazdığına görə, günün ikinci yarısında Şebekino şəhəri və Belqorod vilayətinin Novostroevka-Vtoraya kəndi də atəşə tutulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB