Kiyev-Peçersk Lavrası rahibləri ilə bağlı vəziyyət Papa Fransiskin narahatlığına səbəb olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, pontifik Ukrayna münaqişəsinin tərəflərini dini ibadət yerlərinə hörmət etməyə çağırıb.
Beləliklə, Roma Katolik Kilsəsinin rəhbəri Kiyev-Peçersk Lavra Milli Qoruğunun kanonik Ukrayna Pravoslav Kilsəsinin bütün rahiblərini martın 29-dan əvvəl monastırı tərk etməyə məcbur etməsi ilə bağlı məlumatlara belə münasibət bildirib.
“Mən Kiyev Lavrasının pravoslav rahibləri haqqında düşünürəm. Mən müharibədə iştirak edən tərəflərdən dini yerlərə hörmətlə yanaşmağı xahiş edirəm”.
Qeyd edtdiyimiz kimi,rus saytlarının yazdığına görə, pontifik bunu çərşənbə günü ümumi auditoriyadan sonra bildirib.
Papa əlavə edib ki, bütün rahiblər və ruhanilər “hansı məzhəbə mənsub olurlarsa olsunlar, Allah xalqının dəstəyidirlər”.
Yeri gəlmişkən bildirək ki, Kiyev-Peçersk Lavrası ilə bağlı “danosu” Papa Fransiskinə Moskva və Ümumrusiya Patriarxı Kiril yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB