Ötən ay Rusiyadan Gürcüstana 187 milyon dollar köçürülüb

Ötən ay Rusiyadan Gürcüstana 187 milyon dollar köçürülüb

Bu ilin fevralında Gürcüstan pul köçürmə sistemləri vasitəsilə 372,3 milyon ABŞ dolları (985,5 milyon lari) əldə edib.

SİA-nın rusdilli gürcü saytlarından əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 103 faiz çoxdur. Qeyd edək ki, bunu Gürcüstan Milli Bankı da etiraf edib.

O da qeyd edilməlidir ki, ötən ay Gürcüstana göndərilən vəsaitin 187,34 milyon dolları Rusiya Federasiyasından köçürülüb

Gürcülərin etirafına görə, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 754 çox, bu ilin yanvar ayı ilə müqayisədə isə 30 faiz azdır.

Maraqlıdır ki, 2023-cü ilin fevralında transferlərə görə ikinci yerdə İtaliya 38,88 milyon dollardır. Üçüncü yeri ABŞ tutur - 30,45 milyon dollar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə