Pentaqon avtoparkında ölü əsgər tapılıb

Pentaqon avtoparkında ölü əsgər tapılıb

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin avtoparkında bir əsgər öz maşınında ölü tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder məlumat verib.
"Hadisə yerinə gedən polis əsgəri öz maşınında ölü tapıb. Hadisə yerinə gələn Arlinqton Təcili Tibbi Yardım qrupları sözügedən əsgərin öldüyünü təsdiqləyib. Faktla bağlı araşdırmalar davam edir”,-deyə Patrik Rayder qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə