Yunanıstanda qatar xidmətləri tədricən bərpa olunacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri George Gerapetritis deyib.
Yunanıstanda baş verən qatar qəzasından sonra dayandırılan qatar səfərlərinin 22 martdan etibarən mərhələli şəkildə bərpa ediləcəyi bildirilib.
Qatar vasitəsilə yük daşımalarının martın 22-dən, sərnişin qatarlarının isə aprelin 1-dən xidmətə başlayacağı vurğulanıb.
Qeyd edək ki, martın 1-i Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Qəza bir çox insanın ölümünə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB