Çərşənbə axşamı Yunanıstanın Peloponnes və Krit adası arasında yerləşən Kitira adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kitiradan təxminən 98 km cənub-qərbdə dənizdə olub. Mənbə təxminən 14 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB