“Ramştayn” formatının növbəti görüşü martın 15-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə Aleksey Reznikov “Facebook” səhifəsində məlumat verib
Nazirin sözlərinə görə, o, Niderlandın müdafiə naziri Kaysa Ollonqrenlə Nikolayv və Odessa vilayətlərinə səfəri zamanı sabah keçiriləcək “Ramştayn” formatında növbəti görüşə hazırlıqla bağlı mühüm məsələləri müzakirə ediblər.
Görüş ərəfəsində Reznikov Pentaqonun rəhbəri Lloyd Ostinlə telefonla danışıb. Nazir amerikalı həmkarı ilə əməkdaşlıq və qələbəyə aparan yol haqqında fikir mübadiləsi apardığını bildirib.
Fevral ayında Reznikov “Ramştayn”ın növbəti görüşünün böyük ehtimalla onlayn keçiriləcəyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə