Putinlə "görüşən" işçilərə "qəfil hərəkətlər" etməmək tapşırılıb

Putinlə "görüşən" işçilərə "qəfil hərəkətlər" etməmək tapşırılıb

Vladimir Putinin Ulan-Udedəki təyyarə zavoduna səfəri zamanı müəssisənin işçilərinə “ərazidə sakit davranmaq”, “kəskin jestlər”, “qəribə davranışlar etməmək” tapşırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Baykal xalqı” nəşri yazıb.

KİV-in məlumatına görə, belə bir tövsiyə işçilərin müəssisənin damında yerləşən Rusiya prezidentinin mühafizəsindən snayperlərin baxış sahəsinə düşməməsi üçün verilib.

Maraqlıdır ki, gün ərzində Ulan-Udedəki aviasiya zavodunun işçilərinin əksəriyyətinə binaları tərk etmək qadağan edilib. Qeyd edək ki, həmən gün onlar nahar fasiləsindən məhrum ediliblər.

Zavod rəhbərliyi isə Putinlə görüşdən əvvəl karantin üçün otelə göndəriliblər.

Xatırladaq ki, ötən gün Buryatiyaya gələn Vladimir Putin Ulan-Udedəki təyyarə zavoduna da baş çəkib, müəssisənin rəhbərliyi və işçiləri qarşısında çıxış edib.

Rusiya prezidenti çıxışında yenidən Qərblə, onun fikrincə, Rusiyanın təşəbbüsü olmayan qarşıdurmadan danışıb. Bu arada yerli media Putinin səfəri ilə əlaqədar faktiki olaraq bölgədə xüsusi rejimin tətbiq edildiyini yazıb.

Onu da qeyd edək ki, Rusiya prezidentinin kortejinin hərəkət etdiyi federal magistral bir saatdan çox bağlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə