Rusiyaya məxsus hərbi gəmilər yenidən Qara dənizdə peyda olublar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, martın 14-də axşam saatlarında Qara dənizdə rusların 4 “Kalibr” qanadlı raket daşıyıcısı müşahidə edilib.
“Qara dənizdə düşmənin 4 raketdaşıyıcısı var. Ümumi mümkün zərbə 28 Kalibrdir”.
Qeyd edək ki, bunu Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin mətbuat katibi Sergey Bratçuk “Telegram”da bildirib.
Yeri gəlmişkən, martın 14-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bütün Ukrayna ərazisində yüksək səviyyəli raket təhlükəsi barədə xəbərdarlıq edib. Yəni gün ərzində Ukraynada bir neçə dəfə genişmiqyaslı hava xəbərdarlığı elan edilib.
Qeyd edək ki, Rusiya hərbi gəmiləri “X-31P” raketləri ilə Odessa vilayətinə hücum edib. Rusiyanın “Su-24” təyyarəsi isə dənizdən daxil olaraq 4 raket atıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya sonuncu kütləvi zərbəsi martın 9-na keçən gecə baş verib. Belə ki, hücum 6 saatdan çox davam edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB