Hindistan Rusiya neftinin qiymətləri ilə bağlı tavana qoşulmayacaq?
Hindistan Rusiya neftinin qiyməti ilə bağlı tavana qoşulduqlarını inkar edərək, mediada yayılan məlumatları şayiələr adlandırıblar.
SİA-nın əldə etdiyi məlumata görə, martın 14-də Reuters xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.
Hindistan Rusiya neftinə tavan qiymətinin tətbiqi ilə bağlı sazişə qoşulmaq üçün Qərb ölkələri ilə heç bir müqavilə imzalamayıb.
Nəticədə, Rusiyadan “qara qızılı” “G7” ölkələri və Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən aşağı qiymətə almaq məcburiyyətində deyil.
Qeyd edək ki, Hindistan Rusiyadan ən böyük neft alıcılarından biridir.
Xatırladaq ki, “Bloomberg” daha əvvəl Hindistanın Rusiyaya qarşı sanksiyaların növbəti paketi çərçivəsində kollektiv Qərb tərəfindən tətbiq edilən Rusiya neftinin qiymət tavanına riayət etmək qərarına gəldiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB