Bu arada Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində Amerikanın “MQ-9” pilotsuz uçuş aparatı ilə bağlı insidenti şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hərbi idarənin “Telegram” kanalında məlumat verilib.
Rusların iddiasına görə, pilotsuz uçuş aparat sönən transponderlərlə uçub və Krım yarımadası regionunda hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozub. Pilotsuz təyyarə Rusiya dövlət sərhədi istiqamətində hərəkət edirmiş.
Rus saytlarının yazdığına görə, havaya qaldırılan rus qırıcılarının məqsədi pilotsuz uçuş aparatını tutmaq olub. Guya rus tərəfi pilotsuz uçuş aparatlarına qarşı heç bir silahdan istifadə etməyiblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxt pilotsuz uçuş aparatı kəskin manevr etməyə başlayıb və idarəetməni itirərək suya düşüb.
Rusiyanın Aerokosmik Qüvvələrin təyyarələri isə sağ-salamat öz baza aerodromuna qayıdıblar.
Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker “MQ-9” pilotsuz təyyarəsinin beynəlxalq hava məkanında adi əməliyyat keçirdiyini və onu müşayiət edən Rusiya təyyarəsi tərəfindən vurduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB