İranda ilaxır çərşənbədə yaralananların sayı 1172 , ölənlərin sayı 19 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.
Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.
Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.
Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB