Moldova hakimiyyəti tanınmamış Dnestryanı bölgənin rəhbərliyinə terror aktı hazırlamaqda şübhəli bilinən məhbusların dindirilməsi üçün təhvil verilməsi xahişi ilə müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Moldovanın Reinteqrasiya Bürosunun məlumatında deyilir.
Moldova Reinteqrasiya Bürosu Dnestryanı hakimiyyət orqanlarına terror aktının hazırlanmasında şübhəli bilinən şəxslərin təhvil verilməsi və bu hadisə ilə bağlı ətraflı məlumatın əldə olunması üçün sorğu göndərib.
“Kişinov Tiraspoldan bu hadisə ilə bağlı ətraflı məlumat verməyi və saxlanılan şəxslərin mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq istintaq-əməliyyat tədbirlərinin aparılması üçün ölkənin hüquq-mühafizə orqanlarının məsuliyyətinə verilməsini xahiş edib”.
Xatırladaq ki, daha əvvəl Dnestryanı Dövlət Təhlükəsizliyi Nazirliyi respublika rəsmilərinə qarşı terror aktının qarşısının alındığını elan etmişdi, onların məlumatlarına görə hücum edənlərin hədəflərindən biri Dnestryanı bölgənin başçısı Vadim Krasnoselski olub.
Bir az sonra Tiraspol prokurorluğu aydınlaşdırıb ki, əvvəlcə terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər ATƏT nümayəndə heyətinə hücum hazırlayırmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB