Bəşər Əsəd Rusiyaya səfər edib

Bəşər Əsəd Rusiyaya səfər edib

Rusiya Prezidenti Vladimir Putin martın 15-də Moskvada Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Putin-Əsəd görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də Suriyadakı vəziyyətin həlli perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Suriya liderinin ofisinin "Telegram" kanalı Əsədin artıq Moskvaya səfər etdiyi barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə