Hazırda Donetsk vilayətinin Baxmut (ruslar bu şəhər Artyomovsk adlandırır) şəhərində vəziyyət çox ağırdır. Möhkəmlənmiş şəhər strateji bir nöqtədir, buradan müdafiə aparmaq çox rahatdır, lakin Baxmutdan geri çəkilmək fəlakətə də səbəb olmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi ekspert Petr Çernik bildirib.
“Vəziyyət əslində çox çətindir və bu məntiqlidir. Putin Donetsk vilayətinin inzibati sərhədlərinə daxil olmaq üçün ya 9-cu, ya da 10-cu əmrini verib, lakin onlar bunu edə bilmirlər. Hələ ki, ən azı 10 min kvadrat kilometri zəbt etmək lazımdır. Baxmut obyektiv olaraq strateji nöqtədir. Onlar üçün bu, artıq həm siyasi, həm də psixoloji məqamdır”.
Bunu deyən Petr Çernik, Baxmutun təpə olduğunu və oradan müdafiə olunmağın çox əlverişli olduğunu da deyib. Onun sözlərinə görə, hazırda orada düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası darmadağın edilir.
Çernik, taktiki geri çəkilmə ilə bağlı qərar verilərsə, bunu heç bir fəlakətə səbəb olmayacağını bildirib,
“Müharibədə qalib gəlmək bizim üçün son dərəcə vacibdir. Döyüşlər uduzmaq olar. Bu müharibədə uduzmağa haqqımız yoxdur” – deyə hərbi ekspert bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB