Krım şəhərlərində səfərbərlik aparılır..?

Krım şəhərlərində səfərbərlik aparılır..?

Xatırladım ki, hələ ötən il elə bu vaxtlardan başlayaraq Ukraynada Milli Müqavimət Mərkəzinin saytı fəaliyyətə başlayıb.

Bu günlərdə Müqavimət Mərkəzinin saytı, özlərinin yazdığına görə, müvəqqəti olaraq işğal olunmuş Krımın şəhərlərində səfərbərlik sürətinin artdığı və oradakılara çağırış vərəqələri paylandığı barədə məlumat yayıb.

"...Kremlin qismən səfərbərliyi deyilən hərəkət sürətini artırır. Krım Respublikasının rəhbəri Sergey Aksyonovun Rusiya Federasiyası hökumətindən Krımda kütləvi səfərbərliyin olmayacağına dair verdiyi vədlərə baxmayaraq, Krım şəhərlərində çağırışların sayı artıb və böyüyür".

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu Milli Müqavimət Mərkəzinin bəyanatında deyilir.

Ukrayna saytlarının yazdığına görə, bununla bağlı yerlilər və yarımadaya köçən ruslar arasında panika artır. 2014-cü ildə işğaldan sonra Krıma daxil olan rus biznesləri vəsaitlərini çıxararaq təxliyə hazırlaşırlar.

“Bu, xüsusilə keçən il mövsümü uğursuz olan və açıq-aydın, bu il tələb olunmayacaq otel və restoran biznesinə aiddir”.

Bunu da Milli Müqavimət Mərkəzi bildirib.

Bu günlərdə “UNİAN” agentliyi Simferopoldakı rusların ukraynayönlü hərəkatın aktivləşməsindən qorxduğu barədə material dərc etmişdi. Rusların bunu qarşısını almaq üçün “könüllü dəstələr”in yaradılmasına rəvac verdikləri bildirilirdi.

Əlavə etmək yerinə düşər ki, Ukrayna Daxili İşlər Nazirliyi Krımın azad edilməsindən sonra Ukrayna hakimiyyətinin işini bərpa etmək üçün artıq plan hazırlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə