Bu arada Nikol Paşinyan Marqarita Simonyanın acığına Rusiya ilə münasibətlərdə heç bir böhran görmədiyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nikol bunu martın 14-də keçirdiyi mətbuat konfransında deyib.
Erməni liderin sözlərinə görə, İrəvanla Moskva arasında münasibətlər çox səmimidir.
“Biz danışırıq, məsələləri müzakirə edirik, problemlərin olduğunu bildiririk”, - deyə baş nazir bildirib.
Paşinyan eyni zamanda, bu problemlərin bəzilərinin obyektiv xarakter daşıdığını və buna görə də münasibətlərin mahiyyətinə təsir etmədiyini bildirib.
Xatırladaq ki, Kreml Moskvanın guya Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etdiyi barədə təxribat xarakterli bəyanatlar adlandırıb.
P.S: Qeyd edək ki, bir müddət bundan əvvəl Marqarita Simonyan Nikol Paşinyanı “Rusiyaya nifrət edən və Putini aldadan”, e ləcə də “erməni xalqına satqın” adlandırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB