Luiza Vinton Türkiyəyə dəstək verməyə çağırıb

Luiza Vinton Türkiyəyə dəstək verməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatı fevralın 6-da Türkiyədə baş verən zəlzələlərin vurduğu ziyanın 100 milyard dolları keçə biləcəyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Fəlakətin ölçülərinin görünməmiş səviyyədə olduğunu dəfələrlə bəyan edən BMT zəlzələlərdən zərər çəkmiş bölgələrdə işlərini davam etdirir.

BMT İnkişaf Proqramının nümayəndəsi Luiza Vinton Türkiye Radio və Televiziya Qurumuna fəlakətin miqyası və zəlzələ bölgəsində aparılan işlərin təfərrüatlarını açıqlayıb.

Vinton beynəlxalq ictimaiyyəti yenidən yenidənqurma xərcləri üçün Türkiyeyə dəstək verməyə çağırıb.

“Yenidənqurma işlərinin dəyərinə baxanda biz 100 milyard dollar təxmin edirik ki, bu da böyük rəqəmdir” Vinton deyib.

Vinton “Beynəlxalq fədakarlıq burada işə düşür. Təcili vəziyyətə cavab vermək üçün bütün dünya ölkələri Türkiye ilə həmrəy idi. Mesajımız ondan ibarətdir ki, hər kəs maddi cəhətdən də yardım etməyə və bu həmrəyliyi göstərməyə davam etməlidir” ifadələrindən istifadə edib.

Fəlakətin miqyasına diqqət çəkən Vinton deyib:

"Təxminən bir həftə orada oldum və ərazinin çox hissəsini ziyarət etdim. Orada gördüklərim qorxu filmlərində və ya kabuslarda gördüyümüz cür idi".

Bütün xəbərlər Facebook səhifəmizdə