Parlamentin binası qarşısında Avropa İttifaqının bayrağı qaldırılıb
Gürcü polisləri Tbilisinin Rustaveli prospektində Gürcüstan parlamentinin binası qarşısında Avropa İttifaqının bayrağını sancıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl bayraq Kremlyönlü Alt-İnfo radikal qruplaşması və Mühafizəkar Hərəkat partiyasının liderləri və tərəfdarları tərəfindən sökülərək yandırılmışdı.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili etirazçıların hərəkətlərini pisləyib və xatırladıb ki, ölkədə Avropa İttifaqı bayrağının təhqir olunmasına görə inzibati məsuliyyət tətbiq edilib. O, həmçinin bildirib ki, “radikalizm radikalizm doğurur”, bununla da radikalların hərəkətlərini “xarici agentlər” haqqında qanuna etirazlarla müqayisə edib.
Qeyd edək ki, radikalların hərəkətlərini “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” hərəkatının lideri Dmitri Xundadze də pisləyib.
Onu da qeyd edək ki, Kreml yönümlü qüvvələr sənədin qəbulunu dəstəkləyirdi.
Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi bu gün parlament binası yaxınlığında baş vermiş insidentlə bağlı inzibati icraata başlanıldığını bildirib.
Belə ki, nazırlikdən bütün qanun pozucularının müəyyən edilərək cərimələnəcəyinə söz verib.
Yeri gəlmişkən, dövlət qurumlarının binaları yaxınlığında asılmış Aİ bayraqlarına, habelə beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik əlaqələri olan ölkələrin bayraqlarına dəyən ziyana görə 1000 lari (təxminən 400 dollar) məbləğində cərimə nəzərdə tutulur. Qanun pozuntusunun təkrar törədildiyi təqdirdə 2000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB