Ermənistanın baş naziri Nikol Paşinyan RT telekanalının baş redaktoru Marqarita Simonyana və “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanova respublikaya giriş qadağasını etiraf edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əvvəllər Ermənistan hakimiyyəti belə bir qadağanın mövcudluğu ilə bağlı birbaşa suala cavab verməkdən yayınırdı.
Qeyd edək ki, mətbuat konfransında Paşinyana Simonyan, Qabrelyanov və Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə giriş qadağası ilə bağlı sual verilib. “...Ermənistan suveren dövlətdir və özünə hörmət gözləmək, öz maraqlarına zidd olan qəsdləri yatırmaq üçün suveren vasitələrdən istifadə etmək hüququna malikdir... Hörmət, o cümlədən xalqın seçdiyi hakimiyyətə münasibətdə göstərilməlidir”.
Bəli, bunu Paşinyan bildirib.
Maraqlıdır ki, Paşinyanın dediklərinə münasibət bildirən Marqarita Simonyan onu “Rusiyaya nifrət edən və Putini aldadan”, eləcə də “erməni xalqına satqın” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB