Peskov "Taxıl dəhlizi sazişi"nin uzadılmasına münasibət bildirib

Peskov "Taxıl dəhlizi sazişi"nin uzadılmasına münasibət bildirib

Kreml sözçüsü Dmitri Peskov martın 18-də başa çatacaq "Taxıl dəhlizi sazişi"nin Rusiyaya aid hissəsinin həyata keçirilməsinə ümid etdiklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

İyulun 22-də İstanbulda Türkiye, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan "Taxıl dəhlizi sazişi"nin müddətinin uzadılmasına işarə edən Peskov deyib:

"Bu məsələ ilə bağlı təmaslar davam edir. Hamı razılaşır ki, sazişin ikinci hissəsi (Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrin daşınması) həyata keçirilməlidir. Biz hələ də ümid edirik ki, ikinci hissə Rusiya tərəfinin göstərdiyi xoşməramlılıq çərçivəsində həyata keçiriləcək".

BMT-nin bu mövzuda təşəbbüslərini dəyərləndirdiklərini, lakin BMT-nin Baş katibi Antonio Quterreşin razılaşma çərçivəsində Qərbin yaratdığı maneələrə müqavimət göstərə bilmədiklərini vurğulayan Peskov "Müqavilə bir ayaq üzərində dayana bilməz. Ümumiyyətlə, müddətinin uzadılması şərti nisbidir" deyib.

Peskov Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara diqqət çəkərək deyib:

"Moskvanın bütün tələbləri hamıya məlumdur. Faktiki vəziyyət və yeni reallıqlar da yaxşı məlumdur. Bu mürəkkəb məsələlər nəzərə alınmadan sülh yoluna keçid mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə