“Dojd”un əməkdaşı Gürcüstana buraxılmayıb

“Dojd”un əməkdaşı Gürcüstana buraxılmayıb

Rusiyanın müstəqil “Dojd” telekanalının jurnalisti Aleksandra Şvedçenko Gürcüstana buraxılmayıb.

SİA xəbər verir ki, “Dojd”un məlumatına görə, Şvedçenko Tbilisiyə Riqadan uçub. Yarım saat sonra jurnalistə məlumat verilib ki, Gürcüstan qanunvericiliyində nəzərdə tutulan “digər səbəblərə” görə ölkəyə buraxılmayacaq.

Beləliklə, sərhədçilər Aleksandra Şvedçenkonu təyyarəyə mindirərək Riqaya qaytarıblar.

Baraqlıdır ki, bundan əvvəl Şvedçenko bir ilə yaxın Tbilisidə yaşayıb.

...Mənə elə gəlir ki, Gürcüstanın hakim partiyasının ölkəyə girişlə bağlı rəsmi qanun çıxarmasının vaxtı çatıb.

Qeyd edək ki, bunu “Dojd”un aparıcısı Anna Monqait teleqram kanalında yazıb. Onun yazdığına görə, gürcülərin qadağasında “...Putin əleyhinə, demokratik fikirli rusların girişi qadağandır”-yazılmalıdır.

Monqaitin fikrincə, bu halda Hər şey dərhal aydın olardı və heç birimiz biletlərə pul xərcləməzdik.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə