Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərargahının iclasını keçirib. İclasda Artemivsk (Baxmut) şəhəri uğrunda mübarizənin davam etdirilməsi qərara alınıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə dövlət başçısının aparatının saytında dərc olunmuş məlumatda deyilir.
“Artemivsk (Baxmut) istiqamətində müdafiə əməliyyatının gedişatını nəzərə alaraq, qərargahın bütün üzvləri Artemivsk (Baxmut) şəhərinin bundan sonra da saxlanılması və mühafizəsi ilə bağlı ortaq mövqe ifadə ediblər”.
Bu Zelenskinin ofisindən bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ayrıca hücum briqadasının qumbaraatanlarından biri olan Yuri Sirotyuk Artemivskdə Ukrayna hərbçilərində sursat çatışmazlığının yarandığını bildirmişdi.
Onun sözlərinə görə, Rusiya qüvvələri hazırda artilleriya atəşində üstünlüyə malikdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB