Bu arada sabiq amerikalı prezident Donald Tramp Rusiyada hakimiyyəti dəyişmək əvəzinə, ABŞ-dakı rejim dəyişikliyinə diqqət yetirməyi təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, Donald Trampın dediklərini “Fox News”un aparıcısı Taker Karlson “Twitter”də yerləşdirib.
Qeyd edək ki, amerikalı milyarder və siyasətçi Donald Trampdan “Fox News” telekanalının efirində Rusiyada hakimiyyət dəyişikliyinə cəhd etməyə ehtiyac görüb-görmədiyini soruşublar.
Ağ Evin keçmiş rəhbəri, rejim dəyişikliyinin ilk növbədə ABŞ-ın özü üçün lazım olduğunu bildirib.
Onun dediyinə görə, “...biz ABŞ-da rejim dəyişikliyinə dəstək verməliyik, bu, daha vacibdir. Bizi bu qarışıqlığa salan Bayden administrasiyasıdır”.
Onu da qeyd edək ki, Donald Tramp 2024-cü ildə Amerika Birləşmiş Ştatlarının prezidentliyinə yenidən namizədliyini irəli sürməyə hazırlaşır.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp prezident Cozef Baydenin siyasəti səbəbindən ABŞ-ın tezliklə böyük depressiya ilə üzləşəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB