Türkiyənin Suriya ilə normallaşma prosesi çərçivəsində danışıqlar İranın da iştirakı ilə yeni mərhələyə qədəm qoyur. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Rusiyanın təklifi ilə normallaşma cədvəlinə daxil ediləcəyi açıqlanan İranla ilk iş xarici işlər nazirlərinin müavinləri səviyyəsində iclasda baş tutacaq.
Martın 15-16-da keçiriləcək görüşlərdə xarici işlər nazirlərinin yaxın vaxtlarda keçirilməsi gözlənilən görüşünün təfərrüatlarına aydınlıq gətiriləcək. Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər nazirinin müavini Burak Akçapar Ankaraya səfər edib, prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Dəməşq xarici işlər nazirinin müavini Eymen Susanın səfər edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB