Avropa İttifaqı gələn həftə Ukrayna ilə bağlı birgə plan imzalayacaq
Avropa İttifaqı (Aİ) gələn həftə Ukrayna üçün döyüş sursatlarının tədarükü ilə bağlı birgə plan imzalayacaq. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşr yazır ki, Aİ Kiyevi 155 mm-lik mərmilərlə təmin etmək məsələsində çıxılmaz vəziyyətə düşüb.
Mənbələr bildirirlər ki, üzv dövlətlər artıq Kiyevə əlavə mərmilərin verilməsi ilə bağlı siyasi razılıq əldə etmələrinə baxmayaraq, Aİ Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün yol tapmağa çalışır.
Ukrayna hakimiyyəti isə bəyan edib ki, bu il Silahlı Qüvvələrə 1 milyon patron lazımdır. Estoniyanın hesablamalarına görə, bu sayda mərmi 4 milyard avroya başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB