Priqojinə daha Rusiya türmələrindən “əsgər” yığmağa icazə vermirlər?

Priqojinə daha Rusiya türmələrindən “əsgər” yığmağa icazə vermirlər?

Rusiyanın “Vaqner” PMC özəl hərbi şirkətinin 150 yaralı muzdlusu Luqansk vilayətinin müvəqqəti işğal olunmuş hissəsindəki xəstəxanalardan birinə gətiriliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 13-ü axşama olan məlumatında deyilir.

“Düşmən itki verməkdə davam edir. Beləliklə, “Vaqner” PMC adlanan 150 muzdlu Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin Belovodsk rayon xəstəxanasının ərazisinə müalicə olunmaq üçün gətirilib”.

Bu, Baş Qərargahının məlumatında deyilir.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib.

Bu arada “UNİAN” agentliyinin verdiyi xəbərə görə, son sutka ərzində Ukrayna hərbçiləri 710 rus işğalçısını məhv edib.

24 fevral 2022-ci il tarixindən etibarən rusların şəxsi heyət arasında ümumi itkiləri təxminən 159 min 800 nəfər təşkil etdiyi ehtimal edilir

Yeri gəlmişkən, Britaniya kəşfiyyatının məlumatına görə, “Vaqner” PMC-yə cəlb edilən və Ukraynaya göndərilən məhbusların təxminən yarısı artıq öldürülüb.

O da bildirilir ki, son həftələr Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə mübahisələr səbəbindən “Vaqner” PMC- nin “yaradıcısı” Priqojini artıq Rusiya həbsxanalarına yaxın buraxmırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə