"Baydenin daxili təhlükəsizliyi təsirsizdir"

"Baydenin daxili təhlükəsizliyi təsirsizdir"

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton “WABC” radiostansiyasının efirində hazırkı Amerika lideri Cozef Baydenin milli təhlükəsizliklə bağlı siyasətini səmərəsiz adlandırıb. Onun sözlərinə görə, ABŞ fəaliyyətsizdir, Rusiya, Çin və İran isə müttəfiqlərini gücləndirərək qüvvələrini artırırlar.

“Biz özümüzü bir araya gətirməliyik, əks halda daha da pisləşəcək”, - deyən keçmiş müşavir əlavə edib ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarmaqda kritik səhvə yol verib və milli maraqları təhlükə altına alıb.

O, dövləti güclü və xarici təhlükələrdən qorunmaq üçün təhlükəsizlik siyasətinə daha ciddi yanaşmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bolton, Baydenin müdafiə xərclərini artırmağı təklif etdiyinə, lakin bu məbləğin inflyasiya nisbətinin altında olduğuna diqqət çəkib.

Ümumilikdə 7 trilyon dollarlıq büdcənin təxminən 850 milyard dolları təhlükəsizliyə ayrıldığını bildirən keçmiş müşavir, Birləşmiş Ştatların ordunu modernləşdirmək üçün kifayət qədər pul almayacağını deyib.

Qeyd edək ki, bundan əvvəl Trampın keçmiş müşaviri Vaşinqtonu Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayına yenidən baxmağa, onların sayını artırmağa çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə