Rusiya taxıl müqaviləsinin müddətinin uzadılmasına etiraz etmir

Rusiya taxıl müqaviləsinin müddətinin uzadılmasına etiraz etmir

Rusiya taxıl müqaviləsinin müddətinin 60 gün uzadılmasına etiraz etmir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Nazir müavini BMT nümayəndələri ilə Cenevrədə aparılmış məsləhətləşmələrin yekunlarını şərh edib. O deyib ki, Rusiya müddəti martın 18-də bitən müqavilənin vaxtının daha 60 gün uzadılmasına etiraz etmir. S.Verşinin qeyd edib ki, ölkəsinin bundan sonrakı mövqeyi Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı sahəsində vəziyyətdən asılı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə