Deputat Avstraliya və Britaniyanı Ukraynadakı müharibəyə son qoymağa çağırıb
Bu arada Avropa Parlamentinin deputatı Mik Uolles Avstraliyanın baş naziri Entoni Albanese və onun britaniyalı həmkarı Rişi Sunakı Ukraynadakı müharibəni dəstəkləməyi dayandırmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bu barədə öz “Twitter” səhifəsində danışıb.
Beləliklə, avropalı deputat Avstraliya Nazirlər Kabinetinin rəhbərinin Sunakla sülhə nail olmaq yollarına dair ümumi baxış haqqında bəyanatına cavab verib.
Onun dediyinə görə, “...bu heyrətamizdir. Yəni ikiniz də sülhə sadiqsiniz? Ukraynada ABŞ-NATO proksi müharibəsinə daha dəstək yoxdur? Amerikanın Çinə qarşı müharibəsinə dəstək yoxdur?”
Qeyd edək ki, bütün bunları sual kimi qoyan avropalı deputat
həmçinin Sunak və Albanesenin mətbuat azadlığını və “WikiLeaks”in qurucusu Julian Assangeın azad edilməsini müdafiə edib-etməyəcəyini soruşur.
Xatırladaq ki, daha əvvəl Sunak təmsilçisi, Böyük Britaniyanın Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya ilə dünya problemlərinin birgə həllinə qayıtmağa hazır olduqlarını bildirmişdi.
Belə ki, hökumət başçısının ofisi, hazırda Moskva ilə dialoq və deeskalasiya kanallarınin əhəmiyyətli dərəcədə məhdud olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB