Rusiya Federasiyası Moldova üçün yüksək risklər yaradır

Rusiya Federasiyası Moldova üçün yüksək risklər yaradır

Avropa İttifaqı Moldova üçün Rusiya Federasiyasından yüksək risklər görür. Bununla belə, Avropa İttifaqı Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano, Avropa İttifaqı Kişinyovun bu “təhlükə və çağırışlara” tab gətirmək qabiliyyətinə inandığını bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onun sözlərinə görə, son aylar Rusiya guya ölkədə “sabitliyi pozmağa”, Moldovanın avropayönlü hökumətini şübhə altına almağa cəhd edib.

Qeyd edək ki, Stano, Avropa İttifaqının Moldovaya mülki məsləhət missiyası göndərməyi nəzərdən keçirdiyini, amma bu məsələnin hələ üzv dövlətlər tərəfindən razılaşdırılmadığını bildirib.

Onu da qeyd edək ki, missiya Moldovanın sabitliyini və təhlükəsizliyini dəstəkləmək üçün nəzərdə tutulub.

Yeri gəlmişkən bundan əvvəl Ağ Ev də, Moskvanın Moldova hakimiyyətini zəiflətmək istədiyini və bu ölkədə yerli rusiyayönlü siyasətçilər vasitəsilə fəaliyyət göstərməyə çalışmağa can atdığını bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə