Duma dövlət sirri və ölkədən çıxış haqqında qanunlara dəyişiklik edib

Duma dövlət sirri və ölkədən çıxış haqqında qanunlara dəyişiklik edib

Rusiya Dövlət Dumasına “Dövlət sirri haqqında”, “Rusiyadan çıxmaq və Rusiyaya daxil olmaq qaydası haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihəsi təqdim edilib.

SİA-nın əldə etdiyi bigiyə görə, bu barədə təşəbbüsün həmmüəllifi, komitənin rəhbəri Vasili Piskarev məlumat verib.

Qanun layihəsi qəbul olunarsa, xaricdə daşınmaz əmlakın və ya hesabların olması dövlət sirri ilə tanışlığın rədd edilməsinə səbəb ola bilər. Artıq bu cür çıxışı olanlara müvəqqəti olaraq ölkəni tərk etməyə yalnız qohumlarının ölümü ilə əlaqədar və ya təcili müalicə üçün icazə veriləcək.

Qeyd edək ki, dəyişiklikləri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bir qrup deputatı təqdim edib. Sənədə əsasən, qohumların xaricdə hesabları və əmanətləri olduqda dövlət sirlərinə giriş də qadağan edilə bilər.

Piskarev bu cür düzəlişlərə ehtiyacı “xarici kəşfiyyat xidmətləri tərəfindən Rusiya dövlət qulluqçularına marağın artması” ilə izah edib. Onun fikrincə, təklif olunan düzəlişlər dövlət təhlükəsizliyini təmin etməyə və rusları “xarici kəşfiyyat xidmətlərinin cinayətkar müdaxilələrindən və dost olmayan dövlətlərin təzyiqlərindən” qorumağa kömək edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə