Haaqada Rusiya Federasiyasına qarşı işlərə baxılacaq

Haaqada Rusiya Federasiyasına qarşı işlərə baxılacaq

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi tezliklə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hərbi cinayətlər ittihamı ilə iki cinayət işi açacaq, həmçinin bu cinayətlərdə əli olduğu iddia edilən bir neçə nəfərin həbsinə order verəcək.

Bu barədə bazar ertəsi adı çəkilməyən rəsmilərə istinadən “Reuters” və “New York Times” xəbər verir.

SİA-nın əldə etdiyi məlumata görə, hələlik bu barədə rəsmi qərar açıqlanmayıb.

Əgər işlər həqiqətən də açılarsa, bu, müharibənin başlamasından bir ildən çox vaxt keçdikdən sonra Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya hərbçilərinin Ukraynada törətdiyi iddia edilən cinayətlərə dair işləri ilk dəfə qəbul edəcək.

“New York Times” qəzetinin yazdığına görə, ittihamlar iki maddə üzrə irəli sürüləcək – Ukraynanın mülki infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsi və Kiyevin zorakı hesab etdiyi uşaqları Ukraynadan Rusiyaya köçürmək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Rusiyanın enerji, infrastruktur obyektlərinə raket və dron hücumlarını araşdırmaq üçün Ukraynaya səfər edib.

“Reuters”in məlumatına görə, bu gn Ukraynada yüzlərlə dinc sakin rusların atdığı mərmilərin qurbanı olub. Bundan əlavə, milyonlarla ukraynalının enerji və su şəbəkələrinə ziyan vurulub.

Maraqlıdır ki, Rusiya düşməni zəiflətməli olan zərbələrin legitim olduğunu iddia edir. Lakin Ukrayna hakimiyyəti bu zərbələri dinc əhalini qorxutmaq vasitəsi adlandırır.

Deməliyik ki, Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları döyüşən tərəfləri mülki obyektlərlə hərbi məqsədlər arasında fərq qoymağa məcbur edir. Beynəlxalq hüquq mülki obyektlərə hücumu qadağan edir.

Bu arada “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı bazar ertəsi valideyn himayəsindən məhrum olan ukraynalı uşaqların vəziyyəti ilə bağlı hesabat dərc edib. Hüquq müdafiəçilərinin fikrincə, Ukrayna uşaq evlərinin uşaqları müharibə nəticəsində ciddi psixoloji travma alırlar. Çoxlarının valideynləri var, lakin onları görə bilmirlər. Uşaqların bəziləri isə zorla Rusiyaya aparılıb və ya hələ də ixrac təhlükəsi altındadırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə