Azərbaycan-Ermənistan qarşıdurmasında yeni müharibə ehtimalı...

Azərbaycan-Ermənistan qarşıdurmasında yeni müharibə ehtimalı...

Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina etməsi o deməkdir ki, Ermənistan Qərbin dağıdıcı qüvvələrinin dəstəyi ilə Cənubi Qafqazı yeni müharibəyə aparır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu teleradio aparıcısı Gia Saralidze bu gün “Rossiya 1”də yayımlanan “Kim qarşıdır” verilişində Qafqaz regionunda Rusiya üçün risklərdən danışarkən bildirib.

Ermənistan və Azərbaycan arasında yeni hərbi əməliyyatların riskinin kəskin şəkildə artmasına diqqət çəkən teleaparıcı, “...əslində Qarabağ ətrafında vəziyyət çox ciddidir, çox partlayıcıdır. Mən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müsahibəsini görmüşəm, o bildirib ki, indi Yerevan sülh müqaviləsi imzalamaq fikrində deyil, bu barədə danışılır. çox uzun müddətdir”-deyərək sülhdən imtinanın Ermənistan dövlətinin ən yuxarı hissəsindən gəldiyini diqqətə çatdırıb

O xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış bir neçə sənəd var - Rusiyanın vasitəçiliyi ilə dörd üçtərəfli bəyanat və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı Praqa bəyanatı. Teleradio aparıcısı vurğulayıb ki, növbəti dialoqdan imtina zorakılığa gətirib çıxarır.

, Ermənistanla Azərbaycan arasında dialoqun olmadığı bir vaxtda bunun silahlı qarşıdurmaya keçə biləcəyini deyən Saralidze, Qərbin bunun üçün çox şey etdiyini də gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə