Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası vermədi

Dünya Turizm Təşkilatının konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinin ölkəyə daxil olmasına icazə vernməyib.
Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası vermədi

İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Səudiyyə Ərəbistanı Dünya Turizm Təşkilatının konfransına dəvət edilən İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.

Amerikanın "Bloomberg" telekanalının xəbərində Ər-Riyad rəhbərliyinin bu münasibətə heç bir səbəb göstərmədiyi və BMT-nin “təşkilatın bütün üzvlərinə bərabər münasibət” tələbinə baxmayaraq belə bir yol izlədiyinə diqqət çəkilib. Səudiyyə Ərəbistanıdan mövzu ilə əlaqəli rəsmi açıqlama verilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi Dünya Turizm Təşkilatının iki gün davam edəcək konfransı dünən öz işinə başlayıb. Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın diplomatik əlaqələri olmayan İsrail ilə Səudiyyə Ərəbistanı arasındakı “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə