Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının aparıcı üzvləri Rusiya prezidenti Vladimir Putinlə görüşdə dövlətin Rusiya iqtisadiyyatında artan rolundan narahat olduqlarını bildirmək niyyətindədirlər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Bloomberg mənbələri məlumat verib”.
Qeyd edək ki, biznesmenlərin Putinlə görüşü martın 16-da baş tutmalıdır.
Qeyd edilir ki, iş adamları biznes mühitinin liberallaşdırılmasında israrlı olacaqlar.
O da qeyd olunur ki, prezident əsas diqqəti iqtisadi artımın canlanmasına, eləcə də sahibkarların məsuliyyətinə yönəltmək niyyətindədir. Ola bilsin ki, iclas çərçivəsində müəssisələrin Rusiya büdcəsinə könüllü birdəfəlik töhfə verməsi məsələsi də müzakirə olunsun.
Xatırladaq ki, əvvəllər bu fikir hökumətdə də səslənmişdi.
Agentlik yazır ki, görüşdə iştirak edən iş adamları, öz növbəsində, hakimiyyətin iqtisadiyyata təsirinə diqqət yetirmək, habelə biznes mühitinin liberallaşdırılması istiqamətində tədbirlərin görülməsində israrlı olmaq niyyətindədirlər.
Beləliklə, məsələn, müəyyən iqtisadi cinayətlərə görə cinayət təqibinin ləğvindən danışmaq olar.
“Kommersant”ın yazdığına görə, bu, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri prezidentlə sahibkarlar arasında ilk görüş ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB