Türkiyə, Rusiya, Əsəd rejimi və İran xarici işlər nazirlərinin müavinləri seviyyəsində Moskvada keçiriləcik yığıncaqda Suriya mövzusu müzakirə ediləcək.
SİA-nın əldə etdiyi məlumata görə,15-16 martda baş tutacaq yığıncaqda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək.
Tədbirdə Rusiyanı, Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Əsəd rejimini isə xarici işlər nazirinin müavini Eymen Susan təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB