Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamasından sonra 2022-ci ildən Avropaya silah idxalı 2 dəfə artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatına əsasən, 1 il ərzində silah idxalı 93 faiz artıb.
Ukrayna ötən illə müqayisədə 60 dəfə çox silah idxal edib və 2022-ci ildə Qətər və Hindistandan sonra dünyanın üçüncü ən böyük silah idxalçısı olub.
Qeyd edilib ki, idxal tempinin yenə də artması proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB