Aralıq dənizində 30 qeyri-qanuni mühacir itkin düşüb

Aralıq dənizində 30 qeyri-qanuni mühacir itkin düşüb

Aralıq dənizində Liviya sahillərində miqrant qayığının batması nəticəsində 17 qeyri-qanuni miqrantın xilas edildiyi, 30 nəfərin isə itkin düşdüyü bildirilib.
İtaliya Sahil Mühafizə Komandanlığı tərəfindən dünən axşam saatlarında verilən yazılı açıqlamada Aralıq dənizindəki mühacirlərdən gələn yardım çağırışlarını sosial mediadan elan edən "Alarm Phone" adlı qeyri-hökumət təşkilatının etdiyi çağırış və Liviya rəsmilərinin dəstək tələbi qarşısında Liviya sahillərindən təxminən 100 mil uzaqlıqda batan bir qayıqda xilasetmə əməliyyatı aparıldığı bildirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, əməliyyatda içində 47 nəfərin olduğu bildirilən qayıqdakı 17 nəfərin xilas edildiyi, lakin 30 nəfərin itkin düşdüyü qeyd edilib.

Bildirilib ki, itkin düşən qeyri-qanuni miqrantların tapılması üçün Avropa İttifaqının (Aİ) Sərhəd Mühafizəsi Agentliyinin (Frontex) patrul təyyarəsi dənizdən fəaliyyətini davam etdirir.

Sağ qalanlardan ikisinin təcili tibbi yardıma ehtiyacı olduğu üçün Maltaya təxliyə olunduğu bildirilib.

İtaliya Sahil Mühafizəsinin açıqlamasında xilasetmə əməliyyatının İtaliyanın axtarış-xilasetmə zonasının hüdudlarından kənarda aparıldığı vurğulanarkən, digər müvafiq milli dəniz xilasetmə və koordinasiya mərkəzlərinin də məsələyə biganə qaldığı qeyd edilib.

Bu arada, İtaliyada başda "Alarm Phone" qeyri-hökumət təşkilatı olan sol müxalifət partiyaları, Giorgia Meloni başçılığındakı sağçı koalisiya hökumətinə bu son faciədə xilasetmə əməliyyatı təşkil etmək üçün çox gec qalındığı əsas gətirərək reaksiya verib.

Digər tərəfdən, müxalif dairələrin hökuməti mühacirləri xilas etmədiyi səbəbilə sərt şəkildə tənqid etdiyi digər bir hadisə olan olan fevralın 26-da İtaliyanın Steccato di Cutro şəhəri sahillərində baş verən mühacir qayığı qəzasında ölənlərin sayı da 79-a çatıb. İtaliya təhlükəsizlik qüvvələri iki həftə əvvəl baş verən hadisədən sonra dünən daha 3 nəfərin cəsədini dənizdən çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə